Kapital Bank SWIFT gpi sisteminə qoşulan ilk bankdır


Digərləri 19 Okt 2018 10:11:42 240 0

Kapital Bank SWIFT gpi sisteminə qoşulan ilk bankdır

Kapital Bank müştəri məmnuniyyətinin artırılması və göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün daha bir yenilik təqdim edib.

Bakı. Kapital Bank müştəri məmnuniyyətinin artırılması və göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün daha bir yenilik təqdim edib. Bank həm Azərbaycanda, həm də Cənub Qafqaz regionunda ilk dəfə olaraq SWIFT gpi xidmətinə qoşulub. SWIFT gpi ölkələrarası ödənişlərin sürətini, şəffaflığını və köçürmə zamanı mərhələlərin izlənməsini artırmaqla, xaricə olan ödənişlərdə müştərilərə daha yaxşı xidmət göstərmək üçün yaradılan məhsuldur. Hazırda dünya üzrə 280 bank bu məhsuldan istifadə edir. SWIFT gpi xidmətinin bir sıra üstünlükləri vardır: ölkələrarası köçürmələri sistem üzərindən izləmək, köçürmə zəncirində prosesləri daha da sürətləndirmək imkanı, vaxta qənaət, köçürmə zəncirində ödəniş prosesinə sərf olunan vaxt və xidmət haqqının tam şəffaf göstərilməsi, böyük vəsaitlərin köçürülməsi zamanı pulun dövriyyəsinin proqnozlaşdırılması və likvidliyin idarə olunmasının optimallaşdırılması baxımından hesabatıqlığın daha tez hazırlanması.