Aktaudan Bakıya gələn gəminin heyəti zəhərləndi


Digərləri 19 Okt 2018 09:26:00 224 0

Aktaudan Bakıya gələn gəminin heyəti zəhərləndi

Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olub.

Dövlət Sərhəd Xidmətindən Son.az-a daxil olan xəbərə görə, Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizısinə məlumat daxil olub.

Məlumat əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal həmin istiqamətə göndərilib.