Avstriya Avropada qaçqın problemi ilə bağlı yeni mexanizm təklif edib


Dünya 19 Okt 2018 07:28:00 281 0

Avstriya Avropada qaçqın problemi ilə bağlı yeni mexanizm təklif edib

Avstriyanın federal kansleri Sebastian Kurts uzun illərdən bəri Avropa İttifaqı (Aİ) ölkələri arasında Avropaya gələn qaçqınların kvota əsasında bölünməsi ətrafında mübahisələrlə bağlı yeni təklif verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Brüsseldə Avropa İttifaqının Zirvə toplantısında qaçqın problemi də müzakirəyə çıxarılıb. Hazırda Aİ Şurasına sədrlik edən Avstriyanın hökumət rəhbəri bildirib ki, müxtəlif ölkələrin bu məsələ ilə bağlı ziddiyyətli yanaşmaları Avropaya gələn qaçqınların üzv ölkələr arasında kvota əsasında paylanması sisteminə keçidin baş tutmayacağı fikrini gücləndirir.

Buna görə də Avstriya tərəfi icbari kvota əvəzinə, hər bir üzv dövləti miqrasiya məsələsinə töhfə verməyə sövq edən və ölkədən-ölkəyə fərqli şəkildə təşkil oluna bilən "icbari həmrəylik" mexanizmini təklif edib.