Estoniya ölkələrin qlobal rəqabətlilik reytinqində geriləyib


Dünya 19 Okt 2018 05:30:00 272 0

Estoniya ölkələrin qlobal rəqabətlilik reytinqində geriləyib

Dünya İqtisadi Forumu ölkələrin qlobal rəqabətlilik reytinqini açıqlayıb. Estoniya bu siyahıda 32-ci yeri tutub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Estoniya ötən illə müqayisədə iki pillə geriləyib. Reytinq cədvəlinə ABŞ başçılıq edir. İkinci yerdə Sinqapur qərarlaşıb, üçüncü yerdə Almaniya gəlir.

Finlandiya 11-ci, Litva 40-cı, Latviya 42-ci, Rusiya 43-cü yerləri tutublar.