Xroniki qastriti olanlar üçün Mədə xoralarının


Digərləri 18 Okt 2018 21:40:00 422 0

Xroniki qastriti olanlar üçün  Mədə xoralarının

Qastrit mədənin selikli qişasının müxtəlif mənşəli xroniki iltihabi distrofik dəyişikliyidir. Bu Azərbaycanda müxtəlif əhali təbəqələri arasında geniş yayılıb. Xəstəlik artıq uşaq və yeniyetmələrdə də rast gəlinir.

Son.az medicina.az-a istinadən bildirir ki, kəskin və xroniki qastritin səbəblərinə infeksiya, bakteriya, kimyəvi və dərman agentləri, qida pozulmaları və digər amillər aiddir.

Əsas 3 etioloji amil bunlardır:

-Mədənin perietal hüceyrələrinə qarşı anticisimlərin istehsalı - Autoimmun qastrit -Xroniki Helicobacteri pyloriu tipli -Mədəyə ödün axması ilə gedən qastral reflüks Ən geniş yayılmış tip Helicobacter pyloridir.

Xroniki qastritin kliniki mənzərəsi kəskinləşmə dövründə yaranan həm yerli, həm də ümumi pozulmalarla xarakterizə olunur. Yerli olaraq mədə nahiyəsində sızıltı, yeməkdən sonra yaranan ağırlıq, tez dolma hissi, gəyirmə, ağızda acı dad, yanma hissi, ağrı, qıcqırma hiss olunur. Ümumi əlamətlər: arıqlama, ağız bucağı çatları, dırnaqların sınması, saçların tökülməsi, ümumi halsızlıq.

Diaqnostikası yalnız mədənin endoskopik müayinəsi ilə düzgün qoyula bilir. Bundan əlavə, endoskopiya xroniki qastriti digər mədə xəstəliklərindən fərqləndirmək olur. Xəstədən mükəmməl anamnez toplanılır və differensial diaqnostikada mühüm olan laborator müayinələr aparılır.

Qastritin müalicəsi birinci səbəbə yönəlməlidir. Müalicənin əsas məqsədi simptomların aradan qaldırılması, xəstənin ümumi vəziyyətinin yaxşılaşdırılması, iltihabi ocağın dəf edilməsi, selikli qişada gedən dəyişikliklərin qarşısının alınması

Helicobacter pylori infeksiyası tam təsdiq olunmayana qədər antibiotiklərlə müalicə aparılmamalıdır. Sağalmanın qəbuledilmiş kriteriyası antimikrob terapiyadan 4 -6 həftə sonra H.pylori əlamətlərinin olmamasıdır.

Lakin son illərin statistikası göstərir ki, bu infeksiyanın antimikrob terapiyaya rezisdentliyi 50%-dən çoxdur. Ona görə müalicənin effektivliyi ildən-ilə azalır və daha uzun müddətli antibiotik qəbulu tövsiyyə olunur.