Bakteriya infeksiyalarını əngəlləyən dərmanlar


Digərləri 18 Okt 2018 21:20:00 256 0

Bakteriya infeksiyalarını əngəlləyən dərmanlar

Antibakteriyalardan daha təsirli ola biləcək və dərmanlarda inqilab yarada biləcək yeni hissəciklər tapıldı.

Son.az deyerler.org-a istinadən bildirir ki, Journal of The American Chemical Society laboratoriyasında aparılan bir araşdırmada professor Tevodros Asefa və dr. Cefri Boyd, antimikrob maddələr daşıyan və irəlidə dərman daşıyıcıları olaraq istifadə edilə biləcək nano quruluşdakı silika hissəciklərini sintez etdilər.

Cefri Boyd araşdırma ilə əlaqədar olaraq belə dedi: "Bakteriyaları yox etmə mövzusunda bu hissəciklər antimikroblardan daha yaxşı nəticə göstərdilər. Bu vəziyyət, bu hissəciklərin eyni zamanda daha yaxşı dərman daşıyıcıları ola biləcəklərino göstərdi".