Ramanada qaz borusuna çırpılan avtomobilin sürücüsü ölüb


Digərləri 18 Okt 2018 21:07:00 304 0

Ramanada qaz borusuna çırpılan avtomobilin sürücüsü ölüb

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, oktyabrın 17-də saat 3 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Tehran Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub və nəticədə o, hadisə yerində ölüb.