Yeni bahalı smartfon təqdim olundu: titan qatışığı, kərtənkələ dərisi...


Digərləri 18 Okt 2018 20:32:00 281 0

Yeni bahalı smartfon təqdim olundu: titan qatışığı, kərtənkələ dərisi...

Orijinal Vertu mağazalarınn bütün dünya üzrə bağlanmalarndan sonra bu brend Çin bazarında öz gücünü sınamağa çalışır və beləliklə bu bazarda özünün ikinci smartfon modeli olan Vertu Aster P-ni təqdim edib.

Son.az Technote-a istinadən bildirir ki, tanınan dizayna sahib yeni Vertu modeli 1920x1080 piksel keyfiyyətli 4.97 inç AMOLED ekranla təchiz olunub. Ekranın özü isə sapfir şüşə vasitəsilə qorunur. Smartfonun gövdəsi titan qatışığından hazırlanıb və əsl dana dərisi ilə əhatə olunub.

Bundan əlavə olaraq yeni Vertu modelinin timsah, kərtənkələ və dəvəquşu dərisi ilə əhatə olunmuş versiyaları da var. Qeyd etmək lazımdır ki, yeni Vertu Aster P tamamilə əl ilə yığılır. Texniki göstəricilərə gəldikdə isə yeni Vertu modeli müasir smartfonların səviyyəsinə çatmır. Belə ki, Vertu Aster P 8 nüvəli Snapdragon 660prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş (microSD dəstəyi yoxdur), 12 MP-lik arxa kamera, 20 MP-lik ön kamera və 3200 mAh enerji tutumlu batareya ilə təchiz olunub.


Xəbərə aid fotolar