Rusiyalı ekspertlər: "2024cü ilə qədər dolların kəskin ucuzlaşacağı inandırıcı deyil"


Digərləri 18 Okt 2018 19:16:00 263 0

Rusiyalı ekspertlər: "2024cü ilə qədər dolların kəskin ucuzlaşacağı inandırıcı deyil"

"ABŞ dollarının 2024-cü ilə qədər avro qarşısında 40%-ə qədər ucuzlaşacağı barədə proqnoz inandırıcı deyil. Amerika valyutasının məzənnəsi 20%-dən çox azala bilməz".

Son.az bildirir ki, bunu Report-a açıqlamasında Rusiyanın Energetika və Maliyyə İnstitutunun baş təhlilçisi Viktor Tatuzov "A.G.Bisset Associated" şirkətinin icraçı direktoru, valyuta araşdırmaçısı Ulf Lindalın "Bloomberg" agentliyinə verdiyi açıqlama zamanı səsləndirdiyi proqnoza münasibət bildirərkən deyib. 

Rusiyalı ekspertin fikrincə, dollar yalnız ABŞ hökumətinin bu məcrada məqsədyönlü siyasət yeritməsi hesabına kəskin ucuzlaşa bilər: "Amerikalılar milli valyutalarının devalvasiyaya məruz qalmasında müəyyən qədər maraqlıdırlar. Dolların məzənnəsi azaldıqca ABŞ istehsalı olan məhsulların xarici bazarlarda rəqabət qabiliyyətliliyi bir o qədər artar, deməli, ABŞ-da işçi qüvvəsi ucuzlaşar".

Rusiyanın Energetika və Maliyyə İnstitutunun baş təhlilçisi Viktor Tatuzov

"Məzənnənin azalmasını gözləyirəm, amma 6 il ərzində 40% yox. Bu, 5%-dən 20%-ə qədər ola bilər".