Yem daşıyan sürücülər tətil etdi, toyuqların çəkisi azaldı


Dünya 18 Okt 2018 18:40:00 377 0

Yem daşıyan sürücülər tətil etdi, toyuqların çəkisi azaldı

"Son həftələrdə quş yeminin təmin olunmasında mövcud problemlərə görə, yetişdirilən broyler toyuqlarının çəkisi azalıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Broyler Toyuq Yetişdirənlər Cəmiyyətinin sədri Məhəmməd Yusifi deyib.

Onun sözlərinə görə, sentyabr ayının ortalarından yük maşınları sürücülərinin işdən imtina etməsi broyler toyuqlarının yeminin təmin olunmasını çətinləşdirib. Hətta bəzi quşçular yemin bitməsinə görə, toyuqların məhv ola biləcəyindən ehtiyat edir.