“Mükafat Aygün Kazımovanın evindədir”


Şou-biznes 18 Okt 2018 17:16:00 271 0

“Mükafat Aygün Kazımovanın evindədir”

"Bizim özümüz də sosial şəbəkədə paylaşım etmişdik ki, "Altın Kelebek"ə namizədlər siyahısındayıq. Üç dəfə çəkiliş vaxtını dəyişdik, daha sonra Bakıda olmadıq. Qərara gəldik ki, iştirak etməyək".

Son.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Sevinc Səfərova bildirib.O, əkizlərin məşhur "Altın Kelebek" mükafat gecəsinə namizədlər siyahısından imtina etdiklərini qeyd edib:

"Materiallar  hazır idi, çəkilişlər başlamışdı, amma vaxt qıtlığından alınmadı. Yozurlar ki, filankəs (red- Roza Zərgərli) olduğu üçün namizədlər siyahısından çıxmışıq. Belə bir şey yoxdur. Kiminsə varlığı yerimizi dar etmir".