Pult üstündə qardaşını öldürənə 17 il həbs verildi


Digərləri 18 Okt 2018 16:20:00 380 0

Pult üstündə qardaşını öldürənə 17 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində televizora baxmağa görə qardaşını öldürməkdə təqdirləndirilən Əli Əliyevə hökm oxunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ə. Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, Binəqədi rayonu, 9-cu mikrorayonda yaşayan 1990-cı il təvəllüdlü Ə.Əliyev evdə televizor pultu üstündə qardaşı 1983-cü il təvəllüdlü Murad Əliyevlə mübahisə edib. Daha sonra qardaşlar əlbəyaxa olublar. Bu zaman mətbəxdən bıçaq götürən Əli qardaşını vuraraq evdən qaçıb.