“Dövlət qulluqçularının İT üzrə bacarıqları və rəqəmli hazırlığı” mövzusunda seminar keçirilib (FOTO)


Digərləri 18 Okt 2018 16:13:00 251 0

“Dövlət qulluqçularının İT üzrə bacarıqları və rəqəmli hazırlığı” mövzusunda seminar keçirilib (FOTO)

Avropa İttifaqının TAIEX yardım alətindən istifadə edilməklə “Dövlət qulluqçularının informasiya texnologiyaları üzrə bacarıqları və rəqəmli hazırlığı” mövzusunda seminar keçirilib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə Avropa İttifaqının (Aİ) TAIEX yardım alətindən istifadə edilməklə “Dövlət qulluqçularının informasiya texnologiyaları üzrə bacarıqları və rəqəmli hazırlığı” mövzusunda seminar keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, seminar 15-16 oktyabr tarixlərində NRYTN-in İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirin məqsədi dövlət qulluqçularının informasiya texnologiyaları üzrə hazırlıq səviyyələrinin artırılması və dövlət idarəçiliyində informasiya texnologiyalarının səmərəli istifadəsi sahəsində Aİ təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi olub.