Azərbaycanın yeni turizm brendi


Digərləri 18 Okt 2018 15:03:00 300 0

Azərbaycanın yeni turizm brendi

Bu gün 18 oktyabr 2018-ci ildə Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ilk Milli Turizm Sammiti keçirilib.

Son.az xəbər verir ki, Sammitdə Azərbaycanın qlobal bazarda tanıdılması üçün ilkin addım olaraq hazırlanan yeni turizm brendi təqdim olunub.

Qeyd edək ki, yeni brendin əsas simvolları bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar olacaq.

Azərbaycanın yeni turizm loqosu olan "a" hərfi "Azərbaycan" sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcəkdir. 

Azərbaycanın yeni turizm brendinin "Yenidən fərqli baxışla bax" ("Take another look" - ing.) əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür.

Yeni brend dünyanın brendinq üzrə tanınmış şirkəti "Landor" tərəfindən hazırlanıb. Şirkət bir sıra ölkələr və beynəlxalq şirkətlər üçün brendin yaradılması üzrə çoxillik və uğurlu təcrübəyə malikdir.


Xəbərə aid fotolar