Gəray Gəraybəyli: "Psixi pozuntuların yaranmasına səbəb olan ən əsas amil informasiya çoxluğudur"


Digərləri 18 Okt 2018 14:58:00 302 0

Gəray Gəraybəyli: "Psixi pozuntuların yaranmasına səbəb olan ən əsas amil informasiya çoxluğudur"

Azərbaycanda qeydiyyatda olan psixi xəstələrin sayı artıb.

Son.az xəbər verir ki, Trend-in statistik məlumatlara istinadən apardığı təhlillərə əsasən,

2017-ci ildə müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı 100.806 nəfər olub. Bu say 2016-cı ildə 96.848 nəfər, 2015-ci ildə 96.079 nəfər olub.

Ölkədə əhalinin hər 100.000 nəfərinə düşən psixi xəstələrin sayı 2017-ci ildə 1.030,9 nəfər, 2016-cı ildə 999,5 nəfər, 2015-ci ildə 1.002,3 nəfər olub.

Ölkədə ilk dəfə qoyulmuş psixi pozuntu və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrin də sayı çoxalıb. 2017-ci ildə 10 281 nəfər, 2016-cı ildə 10 058 , 2015-ci ildə 7 764 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulub.

Psixi pozuntular və davranış pozuntuları uşaqlar arasında da artıb. 2017-ci ildə 2.889, 2016-cı ildə 2.187, 2015-ci ildə 1.739 uşaqda psixi pozuntular və davranış pozuntuları qeydə alınıb.

Azərbaycan Tibb Universitetinin rektoru, professor, psixiatr Gəray Gəraybəyli Trend-ə bildirib ki, bu gün uşaqlar arasında psixi və davranış pozuntularının artımı hiperinformasiya axını, yəni informasiya bolluğu ilə əlaqəlidir.