Bakıda asfalt örtüyünün çökdüyü ərazidəki ağaclar qəzalı vəziyyətə düşüb


Digərləri 18 Okt 2018 14:49:00 300 0

Bakıda asfalt örtüyünün çökdüyü ərazidəki ağaclar qəzalı vəziyyətə düşüb

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində oktyabrın 17-də asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib. Baxış zamanı 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.