Çökən yol şirkət tərəfindən bərpa olunur


Digərləri 18 Okt 2018 14:17:00 247 0

Çökən yol şirkət tərəfindən bərpa olunur

"Ötən gün paytaxtın Səməd Vurğun küçəsində yolun çökən hissəsinin bərpasına artıq başlanılıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, bərpa işləri ötən gecədən başlayıb: "Hazırda hadisə yerində işlər gedir. Bərpa işləri tikinti şirkəti tərəfindən aparılır. Çökən yerə yeni topraq qatı gətirilib, boş olan yerlər doldurulur. Yol düzəldikdən sora piyada səkilərinin bərpası istiqamətində addımlar atılacaq".