İlin sonunadək 25 mindən artıq müəllimin qiymətləndirilməsi planlaşdırılır


Digərləri 18 Okt 2018 13:05:00 285 0

İlin sonunadək 25 mindən artıq müəllimin qiymətləndirilməsi planlaşdırılır

Cari ildə bu günündək 6 074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib. İlin sonunadək daha 25 182 nəfərin qiymətləndirilməsi planlaşdırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.

N.Nağıyev bildirib ki, 2015-ci ildən bu günədək ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı 14,5 dəfə artıb.

Onun sözlərinə görə, 24 min müəllim dövlət nümunəvi sertifikat alıb.