“Eurovision” təmsilçisi xərçəngdən öldü


Dünya 18 Okt 2018 12:33:00 233 0

“Eurovision” təmsilçisi xərçəngdən öldü

Ötən gün Latviyanı "Eurovision 2005" mahnı müsabiqəsində təmsil edən Valters Fridenbergs dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 30 yaşında vəfat edib.  

Məlum olub ki, ifaçı bir ildən çoxdur xərçəng xəstəliyindən əziyyət çəkib.