Prokuror rəfiqəsini doğrayaraq zibil qutusuna atan qadına 18 il cəza istədi


Digərləri 18 Okt 2018 12:38:00 186 0

Prokuror rəfiqəsini doğrayaraq zibil qutusuna atan qadına 18 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı İ.Qorlovanın 18 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi oktyabrın 25-də davam etdiriləcək.