Öldürülən jurnalistin son köşə yazısı:


Dünya 18 Okt 2018 11:53:00 234 0

Öldürülən jurnalistin son köşə yazısı:

Camalın yenidən aramıza qayıdacağını və yazını birlikdə redaktə edəcəyimizi düşünərək yazını bu vaxta qədər yayımlamadıq. Mən bunu qəbul etməliyəm ki, o, artıq bizimlə deyil və bu, onun redaktə edəcəyim son məqaləsidir.

Son.az New York Times-a istinadla xəbər verir ki, bu sözlər öldürülən jurnalist Camal Haşoqqinin ( Türkiyə və Azərbaycan mediasında "Hakaci", "Qaşıqçı", "Haşıqçı" kimi qələmə verilir, - red.) sonuncu məqaləsinə ön söz kimi yazılıb.

Oktyabr ayının 2-dən bəri yoxa çıxan səudiyyəli jurnalist Camal Haşoqqinin ötən gün "The Washington Post"da son köşə yazısı yayımlanıb.

Qəzetin köşə yazarı son məqaləsində ərəb ölkələrində azad mətbuatın olmamasından gileylənib. O, 700 sözdən ibarət yazısında ərəb ölkələrini Yaxın Şərq yazarlarının və müxbirlərinin səslərinin bütün dünyada duyulması üçün birləşməyə çağırıb.

"The Washington Post"un redaktoru Karen Attiah ötən gün axşam saatlarında yayımlanan məqalədə ön söz olaraq bildirib ki, yazını Haşoqqinin İstanbulda itkin düşməsindən bir gün sonra onun tərcüməçisi və asistanından alıb.