Cəlilabadda iki nəfər uçqun altında qaldı, 1 nəfər öldü


Digərləri 18 Okt 2018 11:13:00 210 0

Cəlilabadda iki nəfər uçqun altında qaldı, 1 nəfər öldü

Cəlilabad rayonunda fəhlə tikinti sahəsində divarın altında qalıb ölüb.

Bakı. Samir Əli - Cəlilabad rayonunda fəhlə tikinti sahəsində uçulan divarın altında qalıb ölüb. Trend-in məlumatına görə, hadisə rayonun Şıxlar kəndi ərazisində baş verib. Rayonun Komanlı kənd sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Emin Cəbrayıl oğlu 1995-ci il təvəllüdlü Əbilov Ruslan Xosrov oğlu ilə birlikdə Şıxlar kəndində Quliyeva Sevil Mansur qızına məxsus həyətyanı sahədə yarımçıq tikilini sökərkən divar onların üzərinə aşıb.