Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb


Digərləri 18 Okt 2018 10:45:00 232 0

Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb

Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb

Bakı. Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Mingəçevir şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini əvvəllər məhkum olunmuş Sahil Hüseynli olduğu müəyyən edilib. Onun ayrı-ayrı vətəndaşlara məxsus evlərdən ümumi dəyəri 20.000 manat olan pul, qızıl-zinət və məişət əşyalarının oğurlayaraq maddi ziyan vurması müəyyən edilib.