Dövlət Turizm Agentliyi bir neçə ölkədə nümayəndəlik açmaq istəyir


Digərləri 18 Okt 2018 10:25:00 240 0

Dövlət Turizm Agentliyi bir neçə ölkədə nümayəndəlik açmaq istəyir

Azərbaycanın turizm potensialının bütün dünyaya tanıdılması üçün səylərimizi artırmalıyıq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.

F.Nağıyev qeyd edib ki, bu ilin aprel ayında təsis edilən agentlik ötən aylar ərzində xeyli iş görə bilib: "Biz öhdəmizə düşən məsuliyyətin fərqindəyik və öz işimizi qurmuşuq".

Son bir neçə ildə ölkə turizminin çox uğurlu yol keçdiyini deyən F.Nağıyev turizm təhsilinin də çox önəmli olduğunu bildirib.