Fərhad Rəcəbli 8-ci dəfə usta cüdoçular arasında dünya çempionu oldu


Digərləri 18 Okt 2018 09:46:00 228 0

Fərhad Rəcəbli 8-ci dəfə usta cüdoçular arasında dünya çempionu oldu

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib.

Bakı. Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fərhad Rəcəbli Rusiya, ABŞ və Braziliyadan olan güclü rəqiblərini məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.