Gədəbəydə ata və anasını öldürən şəxsdən xəbər var


Digərləri 18 Okt 2018 09:35:00 212 0

Gədəbəydə ata və anasını öldürən şəxsdən xəbər var

Gədəbəy rayonunda ata və anasını öldürməkdə təqsirləndirilən Şöhrət Məsimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, Gədəbəy Rayon Prokurorluğunda araşdırılan ibtidai istintaq yekunlaşdırılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.