Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq


Digərləri 18 Okt 2018 09:36:33 227 0

Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq

Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq

Bakı. Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq. “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Yasamal rayonu ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 18 oktyabr 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.