İntiharla bağlı fikirlər səsdən bilinəcək


Digərləri 18 Okt 2018 08:59:00 264 0

İntiharla bağlı fikirlər səsdən bilinəcək

Avstraliyanın Yeni Cənubi Uels Universiteti kompüter təliminin insan səsinin xüsusiyyətlərinə görə onun emosiyalarının və ruhi vəziyyətinin müəyyənləşdirilməsi məsələlərində tətbiqi imkanlarının tədqiqinə başlayıb. Alimlər xüsusilə depressiyanın və intiharla əlaqədar fikirlərin aşkarlanması imkanına maraq göstərirlər. Bu, məsələn, psixoloji yardım xidmətlərinin "qaynar xət"lərinə müraciət edən insanlarla aparılan iş zamanı kömək edə bilər.

Son.az ICTnews-a istinadən bildirir ki, universitet dosenti Jülen Eppsin sözlərinə görə, son illər səs analizinin praktiki tətbiqi sahəsində tədqiqatların tempində artım müşahidə olunur. Tədqiqatçılar həm ənənəvi siqnal emalı texnologiyalarından, həm də kompüter təlimindən istifadəni planlaşdırırlar. Səs yazısının analizi onun tipik xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verəcək, kompüter təlimi vasitəsilə isə bu xüsusiyyətləri insanın emosional vəziyyəti ilə əlaqələndirmək mümkün olacaq.