SİM kartsız işləyən ilk smartfon təqdim olundu


Digərləri 18 Okt 2018 08:46:00 241 0

SİM kartsız işləyən ilk smartfon təqdim olundu

"Pundi X" kriptovalyuta startapı blokçeyn texnologiyası əsasında işləyən "XPhone" adlı yeni smartfon təqdim edib. Qurğu zəngləri öz şəbəkəsinin qovşaqları vasitəsilə edir.

Son.az ICTnews-a istinadən bildirir ki, şirkət smartfonla yanaşı, blokçeyn əsasında ilk "Function X" əməliyyat sistemini və mobil qurğular üçün rabitə protokolunu nümayiş etdirib. Onun vasitəsilə istifadəçilər ənənəvi mobil rabitə operatorlarından asılı olmayaraq zənglər edə, bildirişlər göndərə və məlumatlar göndərə bilərlər. Belə ki, telefon zəngləri blokçeyn üzərindən edilərək mobil nömrəyə ehtiyacı aradan qaldıracaq.

Məlumata görə, "Function X" istehsalçı tərəfindən blokçeyn əsrində yeni məlumat ötürmə protokolu adlandırmaqla innovasiyanın blokçeyn texnologiyasının maliyyə sahəsindən kənar tətbiqini genişləndirəcəyinə ümid edir. Bundan əlavə, şirkət "FXTP" desentralizasiya edilmiş fayl saxlama sistemini təqdim edib.