Ermənistan parlamenti deputatların anlaya bilmədiyi sistemi ləğv edəcək


Dünya 18 Okt 2018 08:30:00 259 0

Ermənistan parlamenti deputatların anlaya bilmədiyi sistemi ləğv edəcək

Oktyabrın 22-də Ermənistan parlamentinə yeni seçki kodeksi (qanunlar külliyyatı-red) layihəsi qəbul ediləcək.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "İzvestiya.ru"ya ölkə parlamentinin Vətəndaş Sazişi Partiyasından olan deputatı Alen Simonyan bildirib.

Onun sözlərinə görə, layihəyə əsasən əhəmiyyətli dəyişiklik reytinq sisteminin ləğvi olacaq. Hansının ki, iş prinsipini bir neçə il ərzində heç kim anlamayıb. Həmçinin dəyişikliyə əsasən parlamentə keçidi 1 faiz azaltmaq planlaşdırılır.