Reper Rihanna ilə münasibətləri haqqında İLK DƏFƏ DANIŞDI FOTO


Digərləri 17 Okt 2018 22:50:00 337 0

Reper Rihanna ilə münasibətləri haqqında İLK DƏFƏ DANIŞDI  FOTO

"Həyat bəzən bizə çox ağır dərs verir. Məsələn, bir vaxtlar hamı Rihanna ilə inanılmaz münasibətlərimiz barədə danışırdı, doğrudan da gözəl idi. Amma indi bu nağıl yoxdur. Hər şey bitib".

Son.az xəbər verir ki, bu sözləri məşhur reper Dreyk qonaq olduğu "The Shop" verilişində Rihanna haqqında danışarkən deyib.

31 yaşlı reper etiraf edib ki, Rihanna ilə evlənməyə hazır idi, lakin onun arzuları reallaşmayıb.

Məlumat üçün bildirək ki, Rihanna ilə Dreyk 2016-cı ilin əvvələrində sevgili olub. Dreyk "MTV Video Music Awards 2016" mükafatlarının təqdim olunması mərasimində səhnəyə çıxaraq Rihannaya olan eşqini elan etmiş, daha sonra boynundan öpmüşdü. 2016-nın sonlarda isə Rihannanın ərəb milyarderi Cəmil Həsən ilə münasibətləri ortaya çıxmışdı.


Xəbərə aid fotolar