Dünyanın ən yaşlı insanı: "Uzun ömür Tanrının mənə cəzasıdır"


Digərləri 17 Okt 2018 22:29:00 297 0

Dünyanın ən yaşlı insanı: "Uzun ömür Tanrının mənə cəzasıdır"

Dünyanın ən yaşlı insanı olan Koku İstanbulova həyatı boyu bir gün də üzünün gülmədiyini bildirib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, qadın bu səbəbdən uzun ömür sürməsini mənasız adlandırıb.

Dünyanın ən yaşlı insanı sayılan Koku İstanbulova Rusiyada yaşayır. Onun 129 yaşı var. Qadın həyatı boyu bir gün də olsun xoşbəxt olmadığını və uzun ömrün ona Tanrı tərəfindən verilmiş bir cəza olduğunu deyir:

"Dünyada heç bir xoşbəxt günüm olmadı. Həyatımda bir gün də olsun xoşbəxt olmadım. Hər zaman çox işlədim və həyət işləri ilə məşğul oldum. Yorulmuşam. Uzun ömür mənə Tanrının bir hədiyyəsi yox, cəzasıdır".