Yaponiyanın seysmosöndürücü istehsal edən iki şirkəti sınaqların nəticələrini saxtalaşdırıb


Digərləri 17 Okt 2018 22:16:00 244 0

Yaponiyanın seysmosöndürücü istehsal edən iki şirkəti sınaqların nəticələrini saxtalaşdırıb

Yaponiyanın seysmosöndürücü istehsal edən iki şirkəti öz məhsullarının sınaqlarının nəticələrini saxtalaşdırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Milli Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi bu şirkətlərin istehsal etdiyi seysmosöndürücülərin təcili dəyişdirilməsi barədə göstəriş verib.

Tokionun "KYB" və onun törəməsi olan "Kayaba System Machinery" şirkətləri 2000-ci ilin martından cari ilin sentyabrınadək qüsurlu seysmosöndürücülərin istehsalı və satışı ilə məşğul olublar. Bu məhsulların keyfiyyəti hökumət tərəfindən müəyyən edilən standartlara cavab vermir.