Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır VİDEO


Digərləri 17 Okt 2018 22:06:00 593 0

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır  VİDEO

İçərisi sərnişinlə dolu olan avtobus qapısı açıq şəkildə hərəkət edir. Bir neçə sərnişin isə avtobusdan sallaşaraq gedir.

Son.az bildirir ki, təhlükəli kadrlar ötən gecə Biləcəri qəsəbəsi ərazisində çəkilib. Göndərilən kadrlardan aydın olur ki, 91 saylı xəttə aid dövlət qeydiyyat nişanı ''90-FE-434'' olan sərnişin avtobusunun içərisi sərnişinlə doludur. Buna görə də bəzi sərnişinlər qapısı açıq avtobusdan sallaşaraq gedirlər.

Həmin avtobuslar Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından Biləcəri qəsəbəsinə sərnişin daşıyır. Avtobusdan mütəmadi istifadə edən sərnişinlər deyirlər ki, bəzi hallarda belə problemlərlə qarşılaşırlar. Onlar xətdəki avtobusların sayının az olmasından narazıdırlar.

Sürücülər isə günahı sərnişinlərdə görürlər. Onların sözlərinə görə, bəzi sərnişinlər avtobusun qapısını bağlamağa imkan vermirlər.