"Forbes" jurnalı: Uorren Baffet ən səxavətli investordur


Digərləri 17 Okt 2018 21:27:00 350 0

"Forbes" jurnalı: Uorren Baffet ən səxavətli investordur

"Forbes" jurnalının tərtib etdiyi reytinqə görə, ABŞ investoru Uorren Baffet bir il ərzində ən çox ianə edən amerikalılar arasında birinci yerə çıxıb. O, 2017-ci ildə xeyriyyə təşkilatlarına 2,8 milyard dollar yardım edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, jurnalda Uorren Baffetin 2 milyard dollardan çox vəsaiti öz yaxın dostları Bill və Melinda Qeytsin xeyriyyə fonduna keçirdiyi bildirilir. Yerdə qalan məbləği investor mərhum xanımı Syuzan Topmson Baffetin yaratmış olduğu fondun və hər ikisinin övladlarının təsis etdiyi üç təşkilatın arasında bölüşdürüb.