Robot "Pepper" Böyük Britaniya parlamentində çıxış edib


Digərləri 17 Okt 2018 21:39:00 213 0

Robot "Pepper" Böyük Britaniya parlamentində çıxış edib

Yaponiyada düzəldilmiş "Pepper" adlı insanabənzər robot Böyük Britaniya parlamentinin komitə üzvləri qarşısında çıxış edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Böyük Britaniya parlamentində tarixdə ilk dəfə çıxış edən robotdur.

Böyük Britaniya qanunvericiləri Yaponiyanın "Softbank Group" şirkəti tərəfindən hazırlanan "Pepper" adlı robotun ingilis dilində çıxışını böyük maraqla izləyiblər.