Deputat: Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın mövqeyini möhkəmləndirməsi ölkənin sosial-iqtisadi inkişafının davamlı olmasından xəbər verir


Digərləri 17 Okt 2018 20:57:00 101 0

Deputat: Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın mövqeyini möhkəmləndirməsi ölkənin sosial-iqtisadi inkişafının davamlı olmasından xəbər verir

Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın mövqeyini möhkəmləndirməsi ölkənin sosial-iqtisadi inkişafının davamlı olmasından xəbər verir.

Bakı. Elçin Mehdiyev - Dünya İqtisadi Forumunun “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan bir sıra indikatorlar üzrə öz mövqeyini möhkəmləndirib və irəliyə çıxıb. Yeni metodologiya əsasında müəyyənləşdirilən “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın bir daha mövqeyini möhkəmləndirməsi ölkənin sosial-iqtisadi inkişafının davamlı və dayanıqlı olmasından xəbər verir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. H.Babaoğlu bildirib ki, “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” yeni dövrün ilk hesabatıdır və əvvəlkilərdən fərqli olaraq 68 yeni indikator daxil edilməklə aparılıb: “Azərbaycanın bir sıra yüksək göstəricilərə malik indikatorları var. Lakin hazırda yeni metodologiyaya əsasən bunlar nəzərə alımasa da, ölkəmiz yenə də ön sıralarda qərarlaşıb. Bütövlükdə hesabat zamanı 12 sütun indikator üzrə qiymətləndirmələr aparılıb və 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Buraya infrastruktur, səhiyyə, informasiyakommunikasiya texnologiyalarının səviyyəsi, əmək bazarı, biznesin dinamikliyi və innovasiya potensialı daxildir. Adlarını qeyd etdiyimiz indikatorlar üzrə Azərbaycanın mövqeyi xüsusi olaraq qeyd olunur və hətta bir sıra göstəricilər üzrə ölkəmiz birinci yerdədir. Məsələn, elektrik enerjisi ilə təchizatın səviyyəsinə görə Azərbaycan 100 faiz bal toplamaqla, ilk pilləyə yüksəlib. Bu isə mühüm göstəricidir”. Deputat vurğulayıb ki, eyni zamanda, ətraf mühitiə təsir və inklüziv inkişaf indikatorları üzrə Azərbaycan lider mövqelərdən birinə yüksələ bilib: “Bu, Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir. Bu o deməkdir ki, intellektual potensialına və qabiliyyətinə uyğun olaraq hər bir Azərbaycan vətəndaşı bütün imkanlardan istifadə edə bilir. Bundan başqa, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi göstəricisinə görə 31-ci yerdə qərarlaşıb. Bu, bir daha Azərbaycanda sahibkarlığın və biznesin inkişafı ilə bağlı aparılan mühüm iqtisadi islahatlarla əlaqədardır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda hazırkı mərhələdə sosial-iqtisadi inkişaf istiqamətində atılan addımlar strateji baxımdan doğrudur və Azərbaycan iqtisadiyyatı bundan sonrakı mərhələdə də bütün sosial-iqtisadi parametlər üzrə inkişaf üçün yeni əsaslar yaratmaqla bunu gələcəkdə də təmin edəcək”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Nəsrin Cavadzadə Kanndakı geyimi ilə diqqət çəkdi  FOTO like
  • 17 Okt 20:56  
Digərləri Nəsrin Cavadzadə Kanndakı geyimi ilə diqqət çəkdi FOTO

Serial dünyasının nəbzini tutan Kannda azərbaycanlı aktrisa Nəsrin Cavadz

arrow Ətraflı
Tramp Qaşıqçı ilə bağlı Türkiyədən bunları istədi like
  • 17 Okt 20:53  
Dünya Tramp Qaşıqçı ilə bağlı Türkiyədən bunları istədi

ABŞ prezidenti Donald Tramp İstanbul baş konsulluğunda yoxa çıxan və qət

arrow Ətraflı
Azərbaycandan Qırğızıstana TƏKLİF like
  • 17 Okt 20:50  
Digərləri Azərbaycandan Qırğızıstana TƏKLİF

Azərbaycan Qırğızıstana turizm sahəsində birgə müəssisə yaratmağı t

arrow Ətraflı
Sosial şəbəkə fenomeni faciəvi şəkildə öldü  FOTO like
  • 17 Okt 20:47  
Dünya Sosial şəbəkə fenomeni faciəvi şəkildə öldü FOTO

"VKontake" və "YouTube"a yerləşdirdiyi videolarla məşhu

arrow Ətraflı
Bakıda ABŞ universitetlərinin təhsil sərgisi keçiriləcək (FOTO) like
  • 17 Okt 20:46  
Digərləri Bakıda ABŞ universitetlərinin təhsil sərgisi keçiriləcək (FOTO)

EducationUSA, ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzr

arrow Ətraflı
Kənd təsərrüfatı məhsullarının istehsalı üçün münasib əkin metodu yoxdur like
  • 17 Okt 20:40  
Digərləri Kənd təsərrüfatı məhsullarının istehsalı üçün münasib əkin metodu yoxdur

İranın kənd təsərrüfatı mütəxəssisləri əkin metodunu genişləndirm

arrow Ətraflı
İzləyiciləri konsert başlamamış zalı tərk etdilər like
  • 17 Okt 20:38  
Digərləri İzləyiciləri konsert başlamamış zalı tərk etdilər

Candan Erçetin 81 bölgədən gələn həkimlər üçün təşkil olunan konser

arrow Ətraflı
Azərbaycan Qırğızıstana turizm sahəsində birgə müəssisə yaratmağı təklif edib like
  • 17 Okt 20:33  
Digərləri Azərbaycan Qırğızıstana turizm sahəsində birgə müəssisə yaratmağı təklif edib

Azərbaycan Qırğızıstana turizm sahəsində birgə müəssisə yaratmağı t

arrow Ətraflı
Mehman Hüseynov həbsdə qaldı like
  • 17 Okt 20:28  
Siyasət Mehman Hüseynov həbsdə qaldı

Həbsdə olan video bloqer Mehman Hüseynovun Apellyasiya şikayəti təmin olun

arrow Ətraflı
Chelsea prezidenti: “Hazardın klubda qalmasını istəyirik” like
  • 17 Okt 20:26  
İdman Chelsea prezidenti: “Hazardın klubda qalmasını istəyirik”

Chelsea-nın prezidenti Bryuk Bak Eden Hazardın klubda qalmas

arrow Ətraflı
İranlı ekspert: Kənd təsərrüfatı məhsullarının istehsalı üçün münasib əkin metodu yoxdur like
  • 17 Okt 20:24  
Digərləri İranlı ekspert: Kənd təsərrüfatı məhsullarının istehsalı üçün münasib əkin metodu yoxdur

İranın kənd təsərrüfatı mütəxəssisləri əkin metodunu genişləndirm

arrow Ətraflı
"Yenidən evlənmək ola da bilər, olmaya da..." like
  • 17 Okt 20:20  
Şou-biznes "Yenidən evlənmək ola da bilər, olmaya da..."

Sevinirəm ki, məndən sonra stand-up etməyə başlanılıb

arrow Ətraflı