Azərbaycandan Qırğızıstana TƏKLİF


Digərləri 17 Okt 2018 20:50:00 197 0

Azərbaycandan Qırğızıstana TƏKLİF

Azərbaycan Qırğızıstana turizm sahəsində birgə müəssisə yaratmağı təklif edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu təkliflə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 8-ci iclası zamanı çıxış edib.

Ölkələr arasındakı əməkdaşlıqdan danışan nazir müavini kənd təsərrüfatı sektorunda da qarşılıqlı əməkdaşlığın yüksək səviyyəsini qeyd edib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycan Qırğızıstan iqtisadiyyatna 18,8 milyon dollar, Qırğızıstan isə Azərbaycan iqtisadiyyatına 2 milyon dollar investisiya yerləşdirib.