“AtaSığorta” ASC 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb


Digərləri 17 Okt 2018 19:37:00 242 0

“AtaSığorta” ASC 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb

9 ay ərzində şirkətin ümumi sığorta haqqı yığımları 16,3 milyon manat təşkil edib.

Bakı. “AtaSığorta” ASC 2018-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətdən Trend-ə verilən məlumata görə, cari ilin 9 ayı ərzində şirkətin ümumi sığorta haqqı yığımları 16,3 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 6,8 milyon manat (71,7 %) artıb. “AtaSığorta” ASC 2018-ci ilin 9 ayı ərzində 6,9 milyon manata yaxın sığorta ödənişi həyata keçirib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 3,6 milyon manat (112,9 %) olub.