Tanışını öldürən: "Dedim, içəridən təzə çıxmışam, mənimlə işin olmasın"


Digərləri 17 Okt 2018 17:41:00 282 0

Tanışını öldürən: "Dedim, içəridən təzə çıxmışam, mənimlə işin olmasın"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Amin Kazımovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror Vüqar Quliyev ittiham aktını elan edib. 

İttihama münasibət bildirən A.Kazımov özünü təqsirli bilib. 

O, sərbəst ifadə verərək deyib ki, mərhum Yaşar Məmmədovu qətlə yetirməsinə aralarında yaranan münaqişə səbəb olub. Onun sözlərinə görə, mərhum avtomobilini onun obyektində yumamasına etiraz edib, bununla da mübahisə başlayıb:

"Dedim, cavan oğlanam, içəridən təzə çıxmışam, mənimlə işin olmasın. O da dedi ki, gözüm aydın, qorxmuram səndən. Sonra yenə binaya gəldim, bu adam çıxıb dedi ki, avtoritet, hardasan, niyə söhbətə gəlmədin? Sonra biz söhbət etmək üçün görüşdük. Görüşəndə, onun üzünə şillə vurdum, döyməyə başladım. Ətrafımızda olan adamlar bizi ayırdı. Ancaq mübahisə bununla yekunlaşmadı". 

A.Kazımov qeyd edib ki, mübahisə uzandığı üçün Y.Məmmədovu cəzalandırmaq qərarına gəlib: