Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirilib


Digərləri 17 Okt 2018 17:42:00 221 0

Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirib

Bakı. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi çərçivəsində 17 oktyabr 2018-ci ildə Bakı şəhərində, “Park-İnn” hotelində Respublika Veteranlar Təşkilatının təşkilatçılığı ilə “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Trend-in məlumatına görə, beynəlxalq konfransın iştirakçıları 16 oktyabr 2017-ci ildə ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını, Şəhidlər Xiyabanını və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər. Dünyanın 17 ölkəsindən yüksək səviyyəli qonaqların, Azərbaycan Respublikasının dövlət orqanları, Parlament üzvləri, akademik və hərbi dairələri, ictimai təşkilatlarının, veteranlar, gənclər və media nümayəndələrinin iştirak etdikləri tədbir başlamazdan əvvəl onun iştirakçıları bütün müharibə və terror qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Beynəlxalq konfransı giriş sözü ilə Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov açıb. O, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində belə aktual mövzuda beynəlxalq konfransın keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsindən danışaraq deyib: “Bu günkü Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsi heç də təsadüfi deyil. İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan xalqı bu gün özü Ermənistan Respublikasının təcavüzü ilə qarşılaşmış, həmçinin terror hücumlarına məruz qalmışdır. Azərbaycanın 20 faiz ərazisi hazırda Ermənistanın işğalı altındadır. Bu nəinki yalnız bizim ölkəmizin təhlükəsizliyinə qarşı deyil, hətta bütün regiona, dünyaya qarşı yönəlmiş ciddi təhdiddir. Ümid edirik ki, mövzusu birbaşa təhlükəsizliyin təminatı yollarının axtarılması, terrorun bütün forma və təzahürlərinə qarşı mübarizəyə həsr edilmiş bugünki beynəlxalq konfrans regionda və dünyada sülhün bərqərar olunmasına öz töhfəsini verəcəkdir”.