İsrail raket zərbələrinə məruz qalıb, yaralılar var


Digərləri 17 Okt 2018 17:28:00 339 0

İsrail raket zərbələrinə məruz qalıb, yaralılar var

İsrail raket zərbələrinə məruz qalıb.

Bakı. İsrail raket zərbələrinə məruz qalıb. Trend-in "The Jerusalem Post"a istinadən verdiyi məlumata görə, raket zərbələri oktyabrın 17-də Qəzza sektoru tərəfdən endirilib. Mərmilərdən biri Beer Şeva şəhərindəki evlərdən birinə düşüb, xəsarət alanlar var. Daha bir mərmi isə Təl-Əvivdən cənuba, Bat Yam şəhəri yaxınlığında dənizə düşüb.