"Çökən yolun bərpasına sabahdan başlanacaq, dəymiş ziyanı tikinti şirkəti ödəyəcək"


Digərləri 17 Okt 2018 17:15:36 263 0

"Çökən yolun bərpasına sabahdan başlanacaq, dəymiş ziyanı tikinti şirkəti ödəyəcək"

Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsinin çökmə səbəbi orada tikinti işlərinin normalara uyğun aparılmaması və yolun dayanaqlığının öyrənilməməsidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, dəymiş ziyan tikinti şirkəti tərəfindən ödəniləcək: "Hazırda yola dəymiş ziyanla bağlı araşdırmalar aparılır. Artıq tikinti şirkəti ilə danışıqlar gedir, çox güman ki, yola dəymiş ziyan tam olaraq şirkət tərəfindən ödəniləcək".