Ekspert: Dünya İqtisadi Forumunun yeni hesabatında Azərbaycanın mövqeyi nikbinlik doğurur


Digərləri 17 Okt 2018 17:07:06 230 0

Ekspert: Dünya İqtisadi Forumunun yeni hesabatında Azərbaycanın mövqeyi nikbinlik doğurur

Dünya İqtisadi Forumunun yeni hesabatında Azərbaycanın mövqeyi nikbinlik doğurur.

Bakı. İlkin Şəfiyev - Dünya İqtisadi Forumunun yeni metodologiya ilə hazırladığı "2018-ci il Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyi ölkədə keçirilən uğurlu iqtisadi islahatların nəticəsidir. Bunu Trend-ə iqtisadçı ekspert, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib. M.İbrahimov bildirib ki, reytinqdə böyük dəyişikliklər baş verib. Əsas dəyişikliklər ölkənin vəziyyətini, rəqabətqabiliyyətliliyini və biznes mühitini məhz qlobal dəyişikliklər və çağırışlar kontekstində təsvir etməkdən ibarətdir: "Bu vəziyyətdə ölkənin bu gün institusional mühiti necə qurduğu aydın görünür. Bu, ilk növbədə, sosial siyasəti, biznes mühitinin qurulmasını, ümumilikdə sosial-iqtisadi sistemin vəziyyətini özündə ehtiva edir. Sevindirici haldır ki, Azərbaycan hökumətinin reallaşdırdığı işlər müsbət rol oynayıb. Ölkənin bu reytinqdəki mövqeyi yalnız nikbinlik doğurur”.