Musa Təranəyə ad günündə bahalı maşın aldı


Şou-biznes 17 Okt 2018 16:10:00 379 0

Musa Təranəyə ad günündə bahalı maşın aldı

Müğənni Təranə Qumral ad gününü "5/5" verilişində qeyd edib.  Son.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal efirdə müğənni Musa Musayevin həyat yoldaşına hədiyyəsini açıqlayıb. O bildirib ki, müğənni xanımına "Lexus" markalı avtomobil alıb.  Təranə isə hədiyyədən xəbərsiz olduğunu söyləyib.  Ərindən danışan Təranə "Məni tanıyanlar bilir ki, dəlisovam. Sözün düzünü deyirəm. Musanı özüm sevib ərə getmişəm. O vaxt da dedim ki, evdəyəm, gəl məni qaçırt" sözlərini söyləyib.

Son.az