“Vaxtında su, çay içib qayıda bilərlər”


Digərləri 17 Okt 2018 15:56:00 255 0

“Vaxtında su, çay içib qayıda bilərlər”

Xəbər verdiyimiz kimi, Milli Məclisin oktyabrın 16-da keçirilən plenar iclasına sədrlik edən spiker Oqtay Əsədov həmkarlarına irad tutub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, O.Əsədov səsvermə zamanı yetərsayın olmamasını bildirərək səs verməyən deputatlara söz ataraq "belə getsə, Milli Məclisin kofe, çay yerinin bağlamalı olacağıq" deyib. 

Xatırldaq ki, bu cür iradlar parlametin tribunasından ilk dəfədir ki, səslənmir. Bir çox iclaslarda həm spiker Oqtay Əsədov, həm də vitse-spiker Ziyafət Əsgərov səsvermə zamanı deputatları diqqətli olmağa çağırıb.

Bəs, tez-tez belə iradları eşidən deputatlar bu barədə nə düşünür? Bu halların təkrarlanması nədən xəbər verir? 

Sözügedən sayt bu kimi suallarla parlamentarilərə müraciət edib. 

Zahid Oruc qeyd edib ki, hazırda daxili nizamnamənin tələbindən çıxış etsək,  deputatların müzakirələrdə və səsvermədə iştirakı mütləq tələbdir: "Əks halda, keçmişdə  bir həmkar digərinin mövqeyini ifadə edə bilirdi. Bu da mediada və cəmiyyətdə çox mənfi qarşılanmışdı. Parlamentin bu qaydaya əməl etməməsi müxtəlif instansiyalarda qanunun ruhuna hörmətsizlik edilirmiş kimi əsas yaratmış olurdu. Ona görə də norma sərtləşdirildi. Bizdə səsvermədə kvotalar ilə bağlı başqa alternativ yoxdur. Ona görə də sədrin belə yanaşması normaldır". 

Z.Oruc  xarici ölkələrin parlament təcrübələrini nəzərə alaraq xatırladıb ki, əksər Avropa ölkələrində  iştirak və səsvermə prosedurları ləğv edilib: "Hesab edirəm ki, gələcəkdə parlamentin daxili prosedurları həddindən artıq sadələşdiriləcək. Hökm deyil ki, 125 nəfər iştirak etsin. Amerika konqresində  konqres üzvü öz iradəsini elektron üsulla da ifadə edə bilir.