Lənkəranda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb


Digərləri 17 Okt 2018 15:36:29 227 0

Lənkəranda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə oktyabrın 8-də Gərmətük qəsəbə sakini olan azyaşlı qızın qulağındakı bir cüt qızıl sırğasının naməlum qadın tərəfindən açıq talama yolu ilə alınması barədə müraciət daxil olub.

Bakı. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə oktyabrın 8-də Gərmətük qəsəbə sakini olan azyaşlı qızın qulağındakı bir cüt qızıl sırğasının naməlum qadın tərəfindən açıq talama yolu ilə alınması barədə müraciət daxil olub. DİN-dən Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.İsmayılova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.