Yeni İl ərəfəsində əfv olacaq?


Digərləri 17 Okt 2018 15:11:00 252 0

Yeni İl ərəfəsində əfv olacaq?

Bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsindən əfv sərəncamı imzalanmayacaq.

Son.az xəbər verir ki, bu barədə modern.az-a Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü bildirib ki, sonuncu əfv sərəncamı may ayında, Cümhuriyyətin 100 illiyi ərəfəsində verilib:

"Həmin sərəncamla 634 nəfər cinayət məsuliyyətindən azad edildi. Ona görə də bu tezliklə yeni sərəncamın veriləcəyini güman etmirəm. Amma təbii ki, əfvlə bağlı bütün səlahiyyətlər Prezident İlham Əliyevdədir. Ölkə başçısı istədiyi vaxt belə bir sərəncam verə bilər".