Elmar Məmmədyarov: Mehriban qonşuluq münasibətləri qurulmadan Ermənistanda dayanıqlı inkişafa nail olmaq mümkün deyil


Digərləri 17 Okt 2018 14:41:17 246 0

Elmar Məmmədyarov: Mehriban qonşuluq münasibətləri qurulmadan Ermənistanda dayanıqlı inkişafa nail olmaq mümkün deyil

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda Ermənistan hökumətinin anlayış göstərəcəyinə ümid edir.

Bakı. Ləman Zeynalova – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda Ermənistan hökumətinin anlayış göstərəcəyinə ümid edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov EURACTIV jurnalına müsahibəsində deyib. Nazir bildirib ki, mehriban qonşuluq münasibətləri qurulmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil: "Ən əsası, erməni qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır”. E.Məmmədyarov qeyd edib ki, Ermənistan rəhbərliyi danışıqların gedişi ilə bağlı maariflənmə prosesinə ehtiyac duyur: “Fikrimcə, biz əvvəlki rəhbərliklə irəliləyişə nail olmuşduq, amma indi yeni rəhbərlik var və ola bilər ki, onlara danışıqlar prosesində baş verənləri anlamaq üçün bir qədər çox vaxt lazım olsun”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin