Bayılda vəziyyət gərgindir


Digərləri 17 Okt 2018 14:40:00 264 0

Bayılda vəziyyət gərgindir

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq Bayıl qəsəbəsinin Buxta küçəsində yenidən uçqun tipli sürüşmə baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda ərazidə uçan evlə (Rəhilə Ağayevaya məxsus mənzil 9, ev 19 a) yanaşı, divarları çatlamış xeyli sayda digər evlər var. 

Evi ziyan görmüş vətəndaşlardan biri Sədaqət Əliyeva bildirib ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər:

"Bir-bir evlər uçur. Hamısı sənədli evlərdir. Ən köhnə ev 1943-cü ildə, ən təzəsi isə 1982-83-cü illərdə tikilib. Hər 4 gündən bir gəlib sökülən evə baxırlar, vəssalam. Hər yerə yazmışıq. Bir qalaq məktubumuz var ki, tezliklə bina söküləcək. Köçürülmə ilə bağlı bizə hər hansı bir söz deyilməyib".

Xatırladaq ki, ötən il indi uçan evin qonşuluğundakı 17 saylı mənzil də tamamilə dağılmışdı. 


Xəbərə aid fotolar